Paşinyanla Mişel Brüssel razılaşmasını müzakirə ediblər

Aktual

23.04.2022 - 08:53

Razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub

Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Paşinyan və Mişel aprelin əvvəlində Brüsseldə üçtərəfli görüş zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

“Şarl Mişel Aİ-nin Ermənistan və Azərbaycan arasında dialoqun inkişafına sadiqliyini bir daha təsdiqləyib. Həmsöhbətlər Ermənistanın baş naziri, Avropa İttifaqı Şurasının prezidenti və Azərbaycanın dövlət başçısı arasında aprelin 6-da Brüsseldəki görüş zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər”, - məlumatda vurğulanıb.

Müəllif: Ayna.az