Paşinyandan Oskanyana cavab: “Açıqlamalarında faydalı heç nə görmürəm”

Dünya

25.07.2023 - 17:46

cedabet dərman SEO Xidməti

“Oskanyan öz fəaliyyəti dövründə sıçrayış edərdi, biz də bunu görərdik”

“Ermənistanın bütün keçmiş xarici işlər nazirləri bəyanatlar verə bilərlər. Əgər irəliləyişin zəruriliyindən danışsaq, düşünürəm ki, Oskanyan öz fəaliyyəti dövründə sıçrayış edərdi, biz də bunu görərdik”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən mətbuat konfransında bu ölkənin keçmiş XİN başçısı Vardan Oskanyanın bəyanatlarına cavabında bildirib.

Baş nazirin fikrincə, Ermənistan Parlamentinin İstintaq Komitəsində 44 günlük müharibənin şəraitini öyrənmək üçün çoxsaylı çıxışlarında Oskanyanın XİN başçısı olduğu dövrdə (2008-2018) Ermənistanın həyata keçirdiyi xarici siyasət və danışıqlar prosesinə qiymət verib.

“Bəyanatlara gəlincə, mən bütün bəyanatları diqqətlə izləyirəm. Bu bəyanatlarda faydalı heç nə, ən azı həyata keçirilməyən heç nə görmürəm”, - Paşinyan vurğulayıb.

“Oskanyan bildirir ki, Qarabağın sovet dövründə muxtar vilayət statusunun olduğunu vurğulamaq lazımdır. Oskanyanın bəyanatından əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti ilə görüşlərimizin yekunlarına dair bəyanatlarında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin adı çəkilib. Yəni bu, Oskanyanın bəyanatından əvvəl də qeydə alınıb”, - Paşinyan əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş