Baş nazir üzərində “satqın” yazılan plakatla qarşılanıb
Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə “satqın” adlandırılıb. AYNA erməni mediasına istinadən bildirir ki, bu, Gümrüdə idman oyunlarının açılış mərasimi zamanı baş verib.
Qeyd olunub ki, tədbir zamanı qonaqlardan biri Ermənistanın Baş naziri, eləcə də onu müşayiət edən şəxslərin olduğu tribunaya “satqın” plakatı ilə çıxıb.
