Paşinyan: “Müharibə olmayacaq, sülh olacaq”

Aktual

15.04.2025 - 14:47

Həkimlər Klinikalar SEO Xidməti

“Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdirlər”

“Müharibə üçün heç bir əsas yoxdur”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin və güc tətbiq etmə hədəsinin yolverilməzliyini tanıyıb”, - deyə Paşinyan qeyd edib.

Baş nazir Ermənistan və Azərbaycanda fəaliyyət göstərən bütün qüvvələri son dərəcə məsuliyyətli olmağa, sülh məntiqinə birbaşa və ya dolayısı ilə zidd olan bəyanatlar verməməyə və bu məntiqi şübhə altına almamağa çağırıb.

“Müharibə üçün heç bir perspektiv yoxdur”, əlavə edib.

Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdirlər: “Müharibə olmayacaq, sülh olacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş