Ermənistanın Baş naziri qələbəyə həsr olunmuş tədbirlərdə iştirak edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə bu gün Moskvaya işgüzar səfər edəcək. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.
Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, Paşinyan mayın 9-da Moskvada Böyük Vətən müharibəsində qələbəyə həsr olunmuş tədbirlərdə iştirak edəcək.
Paşinyanla Putin arasında hansı məsələlərin müzakirə olunacağı açıqlanmayıb.