Paşinyan II Qareginlə bağlı insidentə aydınlıq gətirib

Dünya

29.05.2024 - 16:01

Həkimlər Klinikalar SEO Xidməti

“Bunun üçün istənilən şəxs müvafiq prosedurlardan keçməlidir”

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Sardarapat yaxınlığında polisin bütün ermənilərin katolikosu II Qareginin abidəyə daxil olmasına mane olmaq istəyərkən yaranan insidenti şərh edib.

AYNA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Baş nazirin sözlərinə görə, dünən katolikos protokol tədbirlərinin keçirildiyi yerə gəlib: “Həzrətləri tədbirə dəvət etməyiblər, üstəlik, hökumət də onun dəvət gözlədiyini bilməyib”.

Hökumət başçısı yepiskop Baqrat Qalstanyanın onunla görüşmək istəyinə də aydınlıq gətirib. O bildirib ki, bunun üçün istənilən şəxs müvafiq prosedurlardan keçməlidir.

Müəllif: Ayna.az