Paşinyan: “Ermənistan və Azərbaycan nümayəndələrinin görüşü baş tutacaq”

Aktual

12.05.2022 - 09:43

Baş nazir: “Biz çox çətin sınaqlardan keçdik, lakin əminəm ki, biz düzgün yoldayıq”

“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin, eləcə də iki ölkə nümayəndələrinin sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri üzrə görüşü yaxın gələcəkdə baş tutacaq”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Hollandiyada Beynəlxalq Münasibətlər İnstitutunda görüşündə deyib.

“Mən öz mövqeyimi təsdiq etməliyəm, ona uyğun olaraq danışıqlara hazırıq. Yaxın vaxtlarda delimitasiya və demarkasiya ilə bağlı nümayəndələrimizin görüşü nəzərdə tutulub. Xarici işlər nazirlərinin görüşü də baş tutacaq. Biz çox çətin sınaqlardan keçdik, lakin əminəm ki, biz düzgün yoldayıq”, - Ermənistan Baş naziri söyləyib.

Müəllif: Ayna.az