Paşinyan: "Ermənistan KTMT-yə sadiqdir"

Dünya

16.05.2022 - 21:16

“Ermənistan KTMT-ni və onun gələcək inkişafını hərtərəfli dəstəkləmək niyyətdədir”

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTMT) təsisçi üzvü kimi qurumun gələcək inkişafına sadiqdir və onu Avrasiya regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün əsas amil hesab edir". AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin Moskvada keçirilən sammitində deyib.

“Ermənistan KTMT-ni və onun gələcək inkişafını hərtərəfli dəstəkləmək niyyətdədir”, - Paşinyan bildirib.

Baş nazir həmçinin qeyd edib ki, KTMT-nin məsuliyyət zonasında vəziyyət gərgindir.

Müəllif: Ayna.az