Paşinyan çətin vəziyyətdə: partiya iclasları keçirilmir

Dünya

01.05.2025 - 14:13

Həkimlər Klinikalar SEO Xidməti

Ermənistanda hakim partiya niyə İdarə Heyətinin iclaslarını keçirmir?

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbəri olduğu “Mülki Müqavilə” Partiyasının İdarə Heyətinin iclasları iki həftədir keçirilmir. AYNA.AZ xəbər verir ki, bu barədə erməni “Hraparak” qəzeti yazıb.

“Adətən hər həftənin çərşənbə axşamı İdarə Heyətinin iclasları keçirilir, ondan sonra partiyanın və Baş nazirin səhifələrində video və mesajlar dərc olunur. Amma nə ötən həftə, nə də bu həftə İdarə Heyətinin iclasları barədə məlumat verilməyib”, - deyə nəşr qeyd edib.

Ermənistan Parlamentindəki mənbə qəzetə məlumat verib ki, kvorumla bağlı problemlərə görə iclaslar keçirilmir; İdarə Heyətinin üzvlərinin əksəriyyəti ölkədə yoxdur və ezamiyyət bəhanəsi ilə səyahətə çıxırlar.

Bununla belə, hakim komandada bəziləri istisna etmirlər ki, Paşinyanın hələlik komanda ilə müzakirə edəcəyi heç nə yoxdur, xüsusən də o, hələ mayın 9-da nə edəcəyini özü müəyyənləşdirməyib. Çünki Qərb onu açıq şəkildə şantaj edir, Moskvada Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinin qeyd edilməsində iştirak edəcəyi təqdirdə sanksiyalar tətbiq edəcəyini bəyan edir.

Nəşr qeyd edir ki, digər tərəfdən, Rusiya Ermənistanla ardıcıl əlaqə saxlamağa başlayıb və Paşinyan Moskvaya getməsə, cəzalandırıla bilər. Rusiya Federasiyası artıq Ermənistanın iştirakını təsdiqləyib və həmçinin bəyan edib ki, qələbədə payı olmuş ölkənin iştirakı vacibdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş