Paris-2024: Hidayət Heydərov finala yüksəlib

İdman

29.07.2024 - 20:32

Həkimlər Klinikalar SEO Xidməti

Hidayət Heydərov həlledici mərhələdə Con Benjamin Qaba ilə üz-üzə gələcək

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

AYNA xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı kosovolu Akil Qyakova ilə qarşılaşıb.

Rəqibinə qalib gələn H.Heydərov finala vəsiqə qazanıb.

O, həlledici mərhələdə fransalı Con Benjamin Qaba ilə üz-üzə gələcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş