Fransisk Pasxa bayramı münasibətilə ruslara və ukraynalılara sülhə nail olmağı arzulayıb
Papa Fransisk pravoslavları Pasxa bayramı münasibətilə təbrik edərək, ruslara və ukraynalılara sülhə nail olmağı arzulayıb. AYNA xarici mediaya istinadən bildirir ki, papa bu barədə Müqəddəs Pyotr meydanında möminlərə ənənəvi bazar günü xütbəsində deyib.
“Mən bu gün Pasxa bayramını qeyd edən rus və ukraynalı qardaş və bacılarımızı düşünürəm. Arzu edirəm ki, Rəbb onlara yaxın olsun və sülhə nail olmaqda kömək etsin”, - Papa bildirib.
Bundan əvvəl Papa Fransisk “Urbi et Orbi” adlı Pasxa müraciətində Ukraynada sülhə və xalqların barışmasına çağırıb. Papa Moskva ilə Kiyev arasındakı münaqişənin, eləcə də dünyanın qan içində olduğu müharibələrin sona çatacağına ümid etdiyini bildirib.