Panama BMT-yə Trampdan şikayət edib

Dünya

22.01.2025 - 16:31

Həkimlər Klinikalar SEO Xidməti

Məktubda ABŞ Prezidentinin Panama kanalını ələ keçirmək niyyətindən narahatlıq ifadə edilib

Panamanın BMT-dəki daimi nümayəndəliyi ABŞ Prezidenti Donald Trampın Panama kanalına nəzarət planları ilə bağlı təşkilata şikayət məktubu göndərib. AYNA xarici mediaya istinadən bildirir ki, BMT-nin baş katibi Antonio Quterrişə göndərilən məktubda Trampın inauqurasiya nitqi əsas gətirilərək, onun Panama kanalını ələ keçirmək niyyətindən narahatlıq ifadə edilib.

“Biz xahiş edirik ki, mesajımız BMT Təhlükəsizlik Şurasının 15 üzvünə çatdırılsın”, - məktubda qeyd olunub.

Xatırladaq ki, Tramp prezident vəzifəsinə başladığı ilk gün çıxışında deyib ki, “Panama hakimiyyəti kanalı düzgün idarə edə bilmir və ABŞ ona nəzarəti bərpa edəcək”.

ABŞ Prezidenti bəyanatlarında Panama kanalını Vaşinqtonun nəzarətinə qaytarmaq niyyətində olduğunu b ildirib və bunun üçün güc tətbiqini istisna etməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş