Şahbaz Şərif Zəfər Günü münasibətilə İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
Pakistanın Baş naziri Şahbaz Şərif Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
AYNA xəbər verir ki, bu barədə Baş nazir Tvitter səhifəsində paylaşıb.
“Azərbaycan Prezidenti İlham Əliyevə və qardaş Azərbaycan xalqına möhkəmlik, cəsarət və milli birlik rəmzi olan “Zəfər Günü” münasibəti ilə ən səmimi təbriklərimi çatdırıram. Qoy bu günün qeyd olunması Qafqaz regionunda davamlı sülh və firavanlıq dövrünə yol açsın” – Baş nazir qeyd edib.