Özəlləşdirmə çekləri: yeni vəd, son tarix - QƏTİ TƏLƏB

Cəmiyyət

23.11.2023 - 19:34

Ziyalılara çağırış: cənab Prezidentin şərəf və ləyaqəti, bir milyondan çox vətəndaşın hüquqları naminə səssiz qalmayın

Bütün deputatlardan, ziyalılardan, aidiyyəti qurumlardan, o cümlədən Prezident Administrasiyasındakı məmurlardan, media nümayəndələrindən xahiş edirik ki, xalqa dəstək olsunlar. Konstitusiya Məhkəməsində artıq 7 aydır davam edən özbaşınalığa son qoyulmasına kömək etsinlər.

Qarabağ və torpaqlarımız düşmənlərdən azad edildikdən sonra ölkə daxilində olan düşmənlərdən də qurtulmağın vaxtıdır.

Kim bizimlədir?

Torpaqlarımızı almaq üçün erməni faşistlərin qanını tökdük. Bəs MÜLKİYYƏT və BƏRABƏRLİK hüquqlarımızı bərpa etmək üçün nə edək? Bunun üçün də qanmı tökmək lazımdır? Axı, olmaz belə!

Biz birləşərək, qanunları pozan, xalqı narazı salan məmurları ifşa etməliyik. Dövlət rəhbərliyinin belə məmurların əməllərindən xəbərdar olması üçün gücümüzü səfərbər etməliyik.

Hörmətli deputat Zahid Oruc hələ 2022-ci ildə bu qanunsuzluğun Konstitusiya Məhkəməsi tərəfindən araşdırılmasının vacibliyini ifadə edib.

Əvvəla hamı bilməlidir ki, özəlləşdirmə çekləri barədə yüzminlərlə ailə adından, bərabərlik və mülkiyyət hüquqları pozulmuş vətəndaşlar cənab Prezidentə müraciət ediblər. Həmin müraciət əsasında cənab Prezidentin şəxsi göstərişi ilə PA-nın Vətəndaşların qəbulu şöbəsinin müdiri Süleyman İsmayılov tərəfindən Konstitusiyaya Məhkəməsinə göndərilmiş 1-1-23/2-KOL-1362/2-019/2-t/1/2023 N-li məktub 12.09.2023-cü il tarixində Konstitusiya Məhkəməsində 1483 N-li qeydiyyata alınıb. Konstitusiya Məhkəməsində isə nədənsə bütün qanunları pozaraq, artıq 7 aydır (!!!) araşdırma gedir.

Hər birimizə dövlət və Ulu Öndər Heydər Əliyev tərəfindən qanunla verilmiş və bu gün qanunla inflyasiyadan qorunan əmlak dəyəri ən azı 20 000 ABŞ dolları olan miras əmlak payımızı məmurlar qanunsuz olaraq əlinizdən almasın deyə, özəlləşdirmə miras paylarını satmayan 40 minə yaxın ailə “Facebook”dakı “Özəlləşdirmə Çekləri Qrupu”nda bir araya gəlib.

Bəsdir!

Xahiş etməkdən, yalvarmaqdan yorulduq və heç bir nəticə vermədi. Qanunla bizə aid olan haqqımızı tələb edirik!

21 may 2023 -cü il tarixində dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup müharibə veteranı və əmək veteranının hüquqi nümayəndəsi vəkil Mübariz Yolçiyev tərəfindən Konstitusiya Məhkəməsinin (KM) sədri Fərhad Adbullayevə, Ali Məhkəməyə, Baş Nazirə, Baş Prokurora və Milli Məclisə şikayət-xahiş məzmunlu müraciət ünvanlanıb.

KM-in Qəbul şöbəsinin müdiri Anar müəllimin 4 ay öncə bizim vəkil Mübariz Yolçiyevə verdiyi məlumatdan belə aydın olurdu ki, bu iş çox çətin olduğundan, hər iki Palatada 4 hüquqşünas tərəfindən araşdırılır və artıq BEŞ dövət orqanına, o cümlədən Milli Məclisə, Ədliyyə Nazirliyinə, Baş nazirə, İqtisadiyyat Nazirliyinə və Ali Məhkəməyə bu məsələ barədə RƏY almaq ücün müraciətlər göndərilib və tez bir zamanda KM-in sorğusuna cavab verməlidirlər. O zaman Anar müəllim əminliklə bildirmişdi ki, sentyabrda bu məsələ öz həllini tapacaq.

KM-ə ünvanladığımız konstitusiya şikayətinə yazılı cavab ala bilmədiyimiz üçün, vətəndaşların vəkili olaraq Mübariz müəllim 13 iyul 2023-cü il tarixində 2-ci müraciətdə bu problemin təcili araşdırılmasının vacibliyini əsaslandırmağa çalışdı.

KM-dən 4 aydır heç bir rəsmi cavab ala bilməyən çek sahibləri hesab edirlər ki, Konstitusiyanı və qanunları pozan normativ hüquqi aktların KM tərəfindən araşdırılmasının gecikdirilməsi birinci növbədə cənab Prezidentin siyasətinə qarşı çıxmaqdır. Dövlət başçısının şərəf və ləyaqətini əziz tutan çek sahibləri adından bir qrup müharibə və əmək veteranı sentyabrın 2-də 2-ci dəfə cənab Prezidentə və PA rəhbəri Samir Nuriyevə müraciət ünvanlayıb.

12 sentyabrda cənab Prezidentin göstərişi ilə PA-dan Konstitusiya Məhkəməsinə göndərilən məktub KM tərəfindən qeydə alınıb.

Növbəti dəfə 13 sentyabrda vəkilimiz Mübariz Yolçiyevə və bizə Konstitusiya Məhkəməsinin Qəbul şöbəsinin müdiri Anar Cəfərov tərəfindən şifahi məlumat verildi ki, ən uzağı oktyabr ayında bu məsələ öz həllini tapacaq. Bundan sonra hörmətli vəkilimiz özəlləşdirmə çeklərini satmayan yüzminlərlə ailəyə 2-ci videomüraciətini etdi.

Qrup üvlərinin təkidi ilə, pay sahiblərinin səlahiyyətli nümayəndəsi Tahir Axundov 21 sentyabrda KM sədri Fərhad Abdullayevin adına ərizə yazaraq, 4 aydan çox müddət keçsə də, bizə cavab verilmədiyini bildirdi və bunun hansı səbəbdən baş vermədiyinin əsaslandırılmasını xahiş etdi.

Heç bir rəsmi cavab ala bilmədiyimiz üçün, yüzminlərlə yaşlı insanın narahatlığını, problemin təcili həll olunmasının vacibliyini dərk edən vəkilimiz Mübariz müəllim 17 oktyabrda KM sədri Fərhad Abdullayevə 3-cü müraciətini ünvanladı.

23 oktyabrda vəkil Mübariz Yolçiyevə KM tərəfindən 2 cümlədən ibarət və içərisində heç bir yeni məlumat olmayan, KM-in 7 aydır qanunları hansı səbəbdən pozduğu əsaslandırılmayan bir cavab məktubu gəldi.

30 oktyabrda qrupun nümayəndəsi Tahir Axundov qrup üzvlərinin xahişi ilə işin niyə belə ləngidiyini öyrənmək ücün təkrar KM-ə müraciət edib, nəticədə Qəbul şöbəsinin müdiri Anar Cəfərovun qəbulunda olub və Anar müəllim ən uzağı bir həftəyə bu işin həll olunacağını bildirib. O, bəzi dövlət qurumlarının hələ də öz cavab məktublarını göndərmədiyini qeyd edib. Qanunla onların bir ay ərzində cavab verməli olduqlarını diqqətə çatdırıb.

Axı niyə?!

Mətbuatda YAP-çı və müxtəlif sahələri təmsil edən ziyalılar, deputatlar, hüquqşünaslar, həmçinin fərqli sferadan olan tanınmış şəxslər hökumətə, müvafiq qurumlara dəfələrlə çağırışlar ediblər. Onlar 100 faiz əminliklə cənab Prezidentin adına və dövlətçiliyimizə ləkə salan, PA-nın keçmiş rəhbəri olmuş Ramiz Mehdiyevin səhlənkarlığı və səhvləri nəticəsində yaranmış bu qanunsuzluğun, cinayətin hüquqi müstəvidə tez bir zamanda KM tərəfindən həllini vacib sayırlar. Üstəlik, bu çağırışı edən ziyalılar çek sahiblərini sakitləşdirirlər ki, Ulu Öndərin 100 illik yubileyi olan 2023-cü ildə bu problem aradan qaldırılacaq.

KM-in sorğusuna cavab verməyən və işi gecikdirən qurumların və KM-də bu işi aparan dörd hüquqşünasın adları haqqında niyə bizə heç bir məlumat verilmir? Kimlər təxribat edir? Səbəb nədir?

Doğurdanmı, bəzi dövlət qurumlarındakı məmurlar bu qədər vicdansızlıq və şərəfsizlik edirlər? Onlar kimlərdir?

Görünür, qanunlara, qaydalara, hətta cənab Prezidentin KM-də 12 sentyabr tarixində qeydə alınmış müraciətinə saymazyana yanaşan məmurlar, hüquqşunaslar var. Onlar dövlətçiliyə qarşı təxribat törədən, cənab Prezidentin adına, vədinə xələl gətirməyə çalışan vicdansızların satellitləridir. Çox güman ki, erməni kökənli olduqlarını da gizlədirlər. İnanırıq ki, erməni vətəndaşlara qarşı bu hərəkətləri etməzdilər.

PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin səhlənkarləğı və səhvləri nəticəsində yaranmış bu problem beynəlxalq insan hüquqlarının əsasını təşkil edən BƏRABƏRLİK və MÜLKİYYƏT hüquqlarının kütləvi şəkildə pozulması və mütəşəkkil korrupsiya cinayəti faktıdır. 13 ildir davam edən bu qanunsuzluğun bəzi məmurlar tərəfindən ləngidilməsi, tez bir zamanda aradan qaldırılmaması xalqa qarşı cinayət, dövətçiliyimizə qarşı təxribat, dövlət başçısının ədalətli sosial siyasətinə zidd olmaqla yanaşı, Ulu Öndərin ruhuna hörmətsizlikdir.

Məsələni uzadaraq siyasiləşdirən, ümummilli liderin qurub-yaratdığı bu dövlətə və dövlətçiliyə, tarixi sosial ədalət siyasətinə qarşı çıxan, Konstitusiya və qanunları, xalqın və cənab Prezidentin müraciətini saymayan bu cür məmurlara ancaq xalq düşmənləri demək olar.

200 hüquqşünas hara baxır?

KM sədrinin və hüquqşünaslarının “Konstitusiya Məhkəməsi haqqında” Qanunu və KM-in Daxili Nizamnaməsini TAM POZDUQLARI hamı ücün aydındır!

Axı, SƏBƏB nədir? KM-də 8 hakim üçün 200-dən çox yüksək əmək haqqı alan hüquqşünas ordusu çalışır. Bilirsinizmi, KM-də həftədə cəmi 1 işə baxırlar?!

Cənab Prezident və əziz deputatlar, görünür KM-də işləyən hüquqşünasların attestasiyadan keçirilməsinin vaxtı çoxdan çatıb.

Bir milyon insanın haqqını yeyirsiniz

Yüzminlərlə ailəyə qarşı məmurların çirkin hərəkətləri Azərbaycan üçün təhlükə yaradır. Mərhum Heydər Əliyevin kapitalizmə dinc keçidin təminatı olan tarixi sosial ədalət siyasətinin, Konstitusiya və qanunların kobud pozulması məmur-vətandaş qarşıdurması üçün zəmin hazırlayır və gələcəyimiz üçün arzulunmaz perspektiv vəd edir.

Statistik məlumatlardan aydın olur ki, özəlləşdirmə çeklərini satmayan 1 milyon vətəndaşdan 13 ildir hər il 12 min, hər ay 1 min, hər gün 33 vətəndaşın arzu və ümüdləri puça cıxır - onlar öz halal miras əmlak paylarını almadan dünyadan köçürlər.

Konstitusiya Məhkəməsində 7 aydır (!!!) araşdırma gedir. Deməli, bu məmurların təqsiri nəticəsində daha 2 min vətəndaş öz hüquqlarının bərpasını, haqqın və ədalətin zəfər gününü görmədən dünyasını dəyişdı... Daha nə qədər???

Hörmətli Fərhad müəllim!

KM-də bu gün baxılması üçün bundan vacib nə iş var? Hakimlərin belə münasibəti KM hakiminin adına, şərəf və ləyaqətinə ləkə gətirən hərəkətədir!

Bu 7 ay ərzində həm çoxlu sayda vətəndaş, həm də Milli Məclis adından Konstitusiya və qanunları pozan bəzi normativ hüquqi aktlarla bağlı şikayətlər İqtisadiyyat Nazirliyinə göndərilib. Konstitusiya Məhkəməsi də artıq 4 aydir həmin Nazirliyə müraciət edib. İqtisadiyyat Nazirliyinin və Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərləri ixtisasca hüquqşünas olduqlarından problemin aktuallarını bilməlidirlər. Nəticədə Konstitusiyaya və beynəlxalq hüquqa zidd olan və 13 ildir davam edən özəlləşdirmə prosesi təcili dayandırılmalıdir.

Görünür, KM-dəki və digər müvafiq dövlət qurumlarındakı bəzi məmurlar özlərini QANUNDAN üstün sayırlar.

Ey məmurlar!

Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, dövlətin bütün siyasəti, dövlət məmurlarının xalq qarşısındakı xidmətləri, vəzifə öhdəlikləri ancaq və ancaq QANUNa söykənməli və qanunların tələb etdiyi qaydada olmalıdır! Əgər qanunda boşluq varsa, heç bir məmur onu öz istədiyi kimi yoza bilməz!

Hansısa məmurlar KM-də işi uzatmaqla siyasiləşdirmək istəyirlər. Bununla da mütəşəkkil korrupsiya cinayəti formalaşdırır və yaxalarını kənara çəkərək, məsuliyyəti ölkə rəhbərliyinin üstünə atmağa çalışırlar. Bəlkə də, məqsədləri odur ki, cənab Prezidentin xaricə səfərləri zamanı bu fakt onun qarşısına qoyulsun.

Bəzi yerli oliqarx məmurlar (büdcədən oğurladıqları və rüşvətlə qazandıqları sərvətlə kapitalist olanlar), həmçinin xarici ölkələrdən olan kapitalistlər İNVESTOR adı ilə Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankındakı bəzi məmurlarla cinayət əlaqəsinə girir, özəlləşdirmə adı ilə xalq qarşı iqtisadi terror törədirlər. 13 ildir dünyada analoqu olmayan bu mütəşəkkil cinayət nəticəsində 1 milyondan çox vətəndaşın mülkiyyət və bərabərlik hüquqları tam pozulmaqla davam edir.

Tarixi sosial ədalətin pozulması, bəzi məmurların ümummilli liderin xalqa vədinin yerinə yetirilməsinə əngəl törətmələri gələcəkdə hansı ağır nəticələr doğuracaq, bilirsinizmi? Bunu başa düşməyən, xalqın və dövlətçiliyin əleyhinə çıxan, Konstitusiyanı, qanunları, beynəlxalq hüququ pozan yerli və xarici kapitalistlər üçün Azərbaycan xalqının hüquqlarının, ölkəmizin gələcəyinin heç bir dəyəri yoxdur.

30 noyabr - SON TARİX!

Xalqa qarşı törədilən cinayətə son qoyulmasına az qaldı. Belə ki, noyabrın 14-də KM-in Qəbul şöbəsinin müdürü Anar müəllim pay sahiblərinə növbəti dəfə vəd verib. Bildirib ki, 2023-cü ilin noyabr ayının axırına qədər bu məsələyə mütləq şəkildə baxılaraq aydınlıq gətiriləcək. Kim inanmırsa, özü gedib öyrənə bilər.

Biz bilirik ki, bu problem Ramiz Mehdiyevin bəzi məmurlarla birləşib qurduğu hiylə nəticəsində meydana çıxıb. İndi də işin arxasındakı həmin xəyanətkar məmurlar görüntü yaratmağa çalışırlar ki, guya günahkar özləri deyil. Yəni, dolayısı ilə ölkə başçısını məsul tutmaq niyyətindədirlər. İşdən xəbərsiz olan bir sıra məmurlar və çek sahibləri də onların bu hiylələrinə inanırlar. Əgər belə olmasaydı, həmin məlumatsız məmurlar bu problemi çoxdan araşdırar və lazımi tədbir görülməsi üçün cənab Prezidenti vaxtında və düzgün məlumatlandırardılar.

Vətəndaşlar isə artıq gözləməkdən, minnətçi düşməkdən yorulublar, beziblər. İnsanlar öz halal haqlarını tələb edirlər. Üstəlik, çek sahibləri əmindirlər ki, bu işin arxasında hiyləgər məmurlar və onların məkrli planları dayanır.

Ramiz Mehdiyevin İlham Əliyev və Heydər Əliyevin etibarından sui-istifadə etməsini 10-dan çox hüquqşünas alim artıq 2 ildir sübüt edib. Vicdansız hüquqşünasların və məmurların hazırladığı, Ramiz Mehdiyevin tərtib etdirdiyi bu yöndəki fərmanların preambulasında heç bir konstitusion əsaslandırmanın olmadığını bilirsiniz? Bunu bilə-bilə işin məsuliyyətini necə öz üzərlərindən atıb, imza sahibini günahlandırmağa cəsarət edirlər?

Qanun ayaqlar altında

KM-in Qəbul şöbəsinin müdiri bizə və vəkilimizə əvvəl sentyabrda, daha sonra ən uzağı oktyabrda bu işə mütləq baxılacağını və cavab veriləcəyini demişdi. KM haqqındakı qanunla ən uzağı 2 aya bizə cavab verilməli idi. Amma artıq 7 aydır…

Məsələnin bu qədər uzadılması hansı qanuna sığır? KM beynəlxalq hüquqa, Konstitusiya və qanunlara niyə hörmət etmir?

Hüquqları məhdudlaşdırmaq ancaq qanunla qoyulmuş qayda ilə olmalıdır və əsaslandırılmalıdır. Əgər qanunda boşluq və qeyri-müəyyənlik varsa, bu hal heç vaxt VƏTƏNDAŞLARIN HÜQUQLARINI məhdudlaşdırmaq üçün istifadə oluna bilməz. KM özü belə halları aradan qaldırmaq əvəzinə, qanunları pozur, xalqa qarşı çıxır.

Özəlləşdirmə çeklərini satmayan vətəndaşlar KM sədri Fərhad Abdullayevdən dövlətə, dövlət başçısına, qanunlara və xalqa hörmət göstərməsini tələb edir.

Bizim KM-ə müraciətimizdən 7 ay, deputatların və Ədliyyə Nazirliyinin müraciətindən 5 ay, cənab Prezidentin müraciətindən 2 aydan çox vaxt keçir. Belə çıxır ki, KM rəhbərliyi, hakimləri həm dövlətə, həm də xalqa qarşı saymazyanalıq edir.

Bütün ziyalılardan xahiş edirik: cənab Prezidentin şərəf və ləyaqəti, bir milyondan çox vətəndaşın mülkiyyət və bərabərlik hüquqları naminə səssiz qalmayın. Biz çek sahibləri geri durmayacağıq, sonunadək haqqımızı tələb edəcəyik.

QEYD

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Hörmətlə: “Özəlləşdirmə Çekləri Qrupu”

Müəllif: Aydın Gəray