Ötən sutka 16 yanğın hadisəsi qeydə alınıb

Hadisə

07.12.2022 - 13:41

Çoxmərtəbəli yaşayış binasında baş verən partlayış zamanı bir nəfər xəsarət alıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 halda yanğına çıxış, üç halda köməksiz vəziyyətdə qalma və bir partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində yeddi nəfər xilas edilib. Abşeron rayonunun Masazır qəsəbəsindəki çoxmərtəbəli yaşayış binasında baş verən partlayış zamanı bir nəfər xəsarət alıb.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Müəllif: Ayna.az