Ötən gün qeydə alınan 46 cinayətin üstü açılıb

Xəbərlər

10.11.2023 - 12:57

cedabet dərman SEO Xidməti

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Noyabrın 9-da daxili işlər orqanlarının əməkdaşları ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılmasını təmin ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 22, o cümlədən borclu şəxs qismində axtarılan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş