Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb
Dekabrın 22-də daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində altı nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxsləri yaşadıqları evə qaytarıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən üç nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.