Tibbi prosedurlar gözlənilməklə həmin şəxslər yaşadıqları evə qaytarılıblar
Dekabrın 25-də və 26-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində dörd nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurlar gözlənilməklə həmin şəxsləri yaşadıqları evə qaytarıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.