Ötən gün Azərbaycanda 60 nəfər saxlanılıb

Xəbərlər

03.08.2023 - 12:43

cedabet dərman SEO Xidməti

Ölkə ərazisində qeydə alınan 92 cinayətin üstü açılıb

Avqustun 2-də ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarılan 92 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş