Ötən gün aşkarlanan silah və sursatların sayı açıqlanıb

Xəbərlər

19.03.2024 - 12:09

Daxili İşlər Nazirliyi məlumat yayıb

Martın 18-də polis əməkdaşları silah və sursatların aşkarlanması üçün Xankəndi şəhərində əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, əməliyyat nəticəsində 4 müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 3 qumbara, 3 qumbara alışdırıcısı, 1 tüfəng, 33 patron darağı, müxtəlif çaplı 805 patron, 6 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Həmin gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 21 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Martın 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng, 1 patron darağı və 2 patron aşkar edilərək götürülüb.

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.

Müəllif: Ayna.az