Ötən ay 21 aptekdə yoxlama keçirilib

Xəbərlər

11.12.2023 - 19:20

Yoxlamalar zamanı bir aptekdə nöqsan aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi ötən ay 21 aptekdə yoxlama keçirib, birində nöqsan aşkarlayıb. AYNA xəbər verir ki, bu barədə Mərkəzdən bildirilib.

Qeyd olunub ki, noyabr ayı ərzində Bakı şəhəri üzrə 17 planlı və üç plandankənar, respublikanın digər şəhər və rayonlarında isə bir aptekdə plandan kənar olmaqla, ümumilikdə 21 aptekdə planlı və plandankənar yoxlamalar aparılıb.

Yoxlamalar zamanı bir aptekdə nöqsan aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi (aptek təşkilatlarına dair tələblərin pozulmasına görə) üzrə protokol tərtib edilib.

Müəllif: Ayna.az