Ordumuzun mövqeləri atəşə tutulub

Xəbərlər

04.04.2022 - 13:45

Həkimlər Klinikalar SEO Xidməti

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb

Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuz rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş