“Artıq Trampın Rusiya Prezidenti Vladimir Putinlə ilə oturub danışmağının vaxtı çatıb”
Macarıstanın Baş naziri Viktor Orban Ukraynadakı münaqişənin həllinə dair razılaşmanın hansı şəraitdə mümkün olacağını açıqlayıb. AYNA.AZ xəbər verir ki, Orban bu barədə TV2 telekanalının “Faktlar” proqramına müsahibəsində deyib.
Baş nazir Ukraynadakı münaqişənin yalnız Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşündən sonra həll ediləcəyini deyib. Onun fikrincə, Moskva ilə Kiyev arasında dialoq kifayət etməyəcək.
“Tramp artıq Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb. Artıq onun Rusiya Prezidenti Vladimir Putinlə ilə oturub danışmağının vaxtı çatıb”, deyə qeyd edib.