Orban Kiyevə səfər edib: Zelenski ilə sülhü müzakirə edəcək

Dünya

02.07.2024 - 12:05

Həkimlər Klinikalar SEO Xidməti

“Görüşün əsas mövzusu sülhə nail olmaq imkanlarıdır”

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə səfər edib və burada Ukraynada sülhün əldə olunmasını müzakirə edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Baş nazirin mətbuat katibi Bertalan Havaşi deyib.

“Görüşün əsas mövzusu sülhə nail olmaq imkanlarıdır”, - o qeyd edib.

Havaşi əlavə edib ki, Orban və Zelenski ikitərəfli münasibətləri də müzakirə edəcəklər.

Müəllif: Ayna.az