Operativ Qərargah COVID-19-la bağlı son vəziyyəti açıqlayıb

Aktual

24.07.2022 - 16:43

Daha 333 nəfəır koronavirusa yoluxub, 187 nəfər sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 333 yeni yoluxma faktı qeydə alınıb, 187 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 796 474 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 784 840 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə sayı 1 899 nəfərdir.

Ölkədə son sutka ərzində 2 945, hazırkı dövrədək isə 7 024 138 test aparılıb.

Müəllif: Ayna.az