Səfir: “Evakuasiya üçün müraciət edən ruslar və onların ailə üzvləri hələ də Qəzza zolağından çıxmayıb”
“Evakuasiya üçün müraciət edən ruslar və onların ailə üzvləri hələ də Qəzza zolağından çıxmayıb”. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov məlumat verib.
“Təəssüf ki, bir neçə onlarla Rusiya vətəndaşı və onların yaxın qohumları bizə məlum olmayan səbəblərdən hələ də Qəzza sektorunu tərk etməyiblər”, - deyə diplomat qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub. Ölkə rəhbərləri vurğulayıblar ki, Rusiya və İsrail Qəzzadan rusların təxliyyəsi ilə bağlı əməkdaşlığı davam etdirəcəklər.