Veteran idmançının ölüm səbəbi açıqlanmayıb
AYNA xəbər verir ki, kamandan oxatma üzrə gürcüstanlı olimpiya çempionu Ketevan Losaberidze dünyasını dəyişib. Bu barədə Gürcüstan Olimpiya Komitəsinin rəsmi saytında məlumat verilib. Məlumatda ölüm səbəbi açıqlanmayıb. Veteran idmançının 72 yaşında vəfat etdiyi qeyd edilib.
Ketevan Losaberidze 1980-ci ildə Rusiyanın paytaxtı Moskvada keçirilmiş Yay Olimpiya Oyunlarının qalibi olub. Onun aktivində iki dünya və dörd Avropa çempionluğu da var.
Losaberidze karyerasını başa vurduqdan sonra Tbilisi Dövlət Universitetində riyaziyyat professoru vəzifəsində çalışıb, 2002 - 2005-ci illərdə isə Gürcüstan Kamandan Oxatma Federasiyasına rəhbərlik edib.