Nikola Yurçeviç"/>

"Bu gün bütün ürəyimlə azərbaycanlıyam" - <font color=red> Nikola Yurçeviç</font>

İdman

09.09.2019 - 23:34

 

"Nəticəyə və komandamın çıxışına görə xoşbəxtəm. Oyunçularımızla qürur duyuram. Heyətində ulduzlar olan dünya ikincisinə qarşı oynadıq. Azarkeşlərə təşəkkür edirəm. Xüsusilə də ikinci hissədə bizə verdikləri dəstək möhtəşəm idi"

 

Bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Xorvatiya yığması ilə 1:1 hesablı bərabərlikdən sonra təşkil edilən mətbuat konfransında söyləyib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, 53 yaşlı xorvatiyalı mütəxəssis müsbət nəticəyə görə çox sevincli olduqlarını bildirib:

 

"Mən xorvatam, amma bu gün bütün ürəyimlə azərbaycanlıyam. Son vaxtlar yaxşı oyuna rəğmən nəticə qazan bilmirdik. Amma bu gün bunu bacardıq. Bütün heyət və azarkeşlər bu sevincə layiq idi. Emosionalam, bir az danışmaqda çətinlik çəkirəm".

 

Yurçeviç Azərbaycan millisinin qarşısında iki yol olduğunu deyib:

 

"Tənqid üçün açığam. Başqa oyunçularla daha yaxşı nəticə qazanmaq olardı, ya olmazdı - bunu demək olmaz. Həqiqətən də Macarıstan və Slovakiyaya qarşı zəif çıxış etdik. Əsas problemimiz fiziki hazırlığın aşağı olmasıdır. Bu gün iki yolumuz var. Birincisi, nəyin bahasına olur-olsun nəticə qazanmaq. İkincisi, gələcəyi düşünmək. Bu gün Ramil Şeydayev, Ömər Buludov, Anton Krivotsyuk, Mahir Emreli, Renat Dadaşov və digər gənclərimiz var. Onlar gələcəkdə komandanın özəyini təşkil edəcəklər".

 

Müəllif: Ayna.az