Oğuzda iki nəfər saxlanılıb

Xəbərlər

14.04.2024 - 11:07

Faktlarla bağlı cinayət işləri başlanıb

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və Teymur Sadıqov saxlanılıb.

AYNA bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir. Onlardan narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az