Oğuzda avtomobil ağaca çırpılıb

Hadisə

11.02.2024 - 23:16

Xəsarət alanlar var

Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Oğuz-Şəki-Yevlax avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki rayon Qayabaşı kənd sakini, 1973-cü il təvəllüdlü Elşən Ələfsər oğlu Əzizovun idarə etdiyi VAZ-2109 markalı avtomobil yol kənarındakı ağaca çırpılıb.

Nəticədə 1994-cü il təvəllüdlü Eyvaz Fərman oğlu Əzizov və 1994-cü il Vəli Bakir oğlu Orucov bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az