O’Brayn: “COP29-un uğurla nəticələnməsi üçün ABŞ öz dəstəyini davam etdirəcək”

Xəbərlər

28.06.2024 - 12:59

Həkimlər Klinikalar SEO Xidməti

COP çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin səmərəli və faydalı məsləhətləşmələrinin olduğu qeyd edilib

“COP29-un uğurla nəticələnməsi üçün ABŞ öz dəstəyini bundan sonra da davam etdirəcək”. AYNA xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olan zaman ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn səsləndirilib.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlıq, COP çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin səmərəli və faydalı məsləhətləşmələrinin olduğu qeyd edilib.

Müəllif: Ayna.az