“2024-cü ilə qədər müqaviləyə uyğun olaraq Avropa istehlakçılarına qaz tədarükünü davam etdirəcəyik”
“Rusiya heç vaxt enerji resurslarından silah kimi istifadə etməyib və hətta indi bütün öhdəliklərə uyğun olaraq Avropaya, o cümlədən Ukrayna vasitəsilə qaz tədarük edir”. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Dövlət Dumasında “Akual məsələlər haqqında” mövzusunda keçirilən hökumət saatında deyib.
“Rusiya enerji resurslarından heç vaxt silah kimi istifadə etməyib. Uzun onilliklər ərzində biz dünya bazarlarına etibarlı təchizatçı olmuşuq. İndi də ən çətin geosiyasi vəziyyətə baxmayaraq, biz 2024-cü ilə qədər müqaviləyə uyğun olaraq Avropa istehlakçılarına qaz tədarükünü davam etdirəcəyik”, - deyə Novak söyləyib.