Niemeyer: “Şolts 2025-ci il seçkilərindən sonra kansler ola bilməyəcək”

Dünya

26.07.2024 - 12:31

cedabet dərman SEO Xidməti

“Şolts hətta öz partiyasının üzvləri arasında da populyar deyil”

“Almaniya kansleri Olaf Şoltsun ​​2025-ci il seçkilərindən sonra vəzifəsində qalacağı ehtimalı yoxdur”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Almaniya Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Niemeyer deyib.

“Şolts hətta öz partiyasının üzvləri arasında da populyar deyil. Onun yaxşı iş gördüyünü düşünmürlər və onun yenidən kansler vəzifəsinə əsas namizəd olmasını istəmirlər”, - deyə siyasətçi bildirib.

Şoltsun yerinə namizədlər arasında o, Xristian Demokrat İttifaqı Fridrix Merz, Şimali Reyn-Vestfaliya əyalətinin Baş naziri Hendrik Vüst, Xristian Sosial İttifaqından Bavariyanın Baş naziri Markus Soeder, həmçinin siyasətçi Sara Vaqenknextin adını çəkib.

Qeyd edək ki, Bundestaqa növbəti seçkilər 2025-ci il sentyabrın 28-nə təyin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş