Azərbaycanın ABŞ-dakı səfiri paylaşım edib
Amerika Birləşmiş Ştatları və Kanada arasında yerləşən, dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi 9 Noyabr – Dövlət Bayrağı Günündə Azərbaycanın Dövlət Bayrağının rənglərinə boyanıb.
AYNA xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim özünün rəsmi tviter hesabında bununla bağlı paylaşım edib.