Rusiyada daha bir nəfər koronavirusdan ölüb

Rusiyada daha bir nəfər koronavirusdan ölüb

Rusiyada koronavirusdan ölənlərin sayı artıb 

 

Rusiyanın Pskov vilayətində koronavirus xəstəsi dünyasını dəyişib.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da Rusiyada virusdan ölənlərin sayı 9-a çatıb.

 

Ölən şəxsdə ağır formada ağciyər patologiyası olub. O, Covid-19-a yoluxmuş şəxslə təmasdan sonra xəstəliyə tutulub.

 

Qeyd edək ki, 9 ölüm faktından 6-sı Moskvada, 1-i Sankt-Peterburqda, 1-i isə Orenburqda qeydə alınıb.

 

Rusiyada ümumilikdə 1534 nəfərdə koronavirus aşkarlanıb. 64 nəfər sağalıb.

Müəllif: Ayna.az      29 Mart 2020 23:18
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin