Azərbaycanlılar niyə Süleymaninin ölümünə üzülürlər – FAKTLARA DİQQƏT

Azərbaycanlılar niyə Süleymaninin ölümünə üzülürlər –     FAKTLARA DİQQƏT

İranlı generalın “Neft daşları”na zərbə endirməklə bizi təhdid etdiyini unutmamışıq

 

Yeni il böyük bir hadisə ilə başladı - ABŞ Hərbi Hava Qüvvələrinin Bağdadda endirdiyi hava zərbəsi nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadının komandanı generalı Qasım Süleymani öldürüldü. Bu xəbər bütün dünyanı silkələdi və əlbəttə, cəmiyyətimizdən də bu xəbər yan keçmədi.

 

Qasım Süleymani İranın daxili və xaricində xüsusi əməliyyatlar həyata keçirən “Əl-Quds” xüsusi təyinatlılarının rəhbəri idi. Bu təşkilat yalnız sonradan İran Silahlı Qüvvələrinin rəsmi bir qanadı oldu və bundan əvvəl də yeni hökumətin maraqlarını qoruyan bir hərbi dəstə rolunu oynayırdı. O dövrdə Cənubi azərbaycanlılara edilən təzyiqlər, onların zülmü və etnik təmizlənməsi bu general tərəfindən həyata keçirilən və nəzarət edilən işlər siyahısında idi. Təbriz, xüsusi agentlərin diqqətlə hərəkət etdiyi, digər iranlıların diqqətini çəkməməyə çalışılan əməliyyatlardan ən çox zərər çəkən tərəf oldu.

 

Deməyə ehtiyac yoxdur ki, gördüyü bu işlər nəticəsində cənublu soydaşlarımız üçün ən çox nifrət edilən bir fiqura çevrildi. Dünən ölümü elan olunduqdan sonra Güney Azərbaycan Milli Oyanış Hərəkatının tərəfdarları bu xəbərdən məmnun olduqlarını dilə gətirdilər və hətta sevindilər.

Müəllif: Ayna.az      5 Yanvar 2020 16:51
Cəmiyyət bölməsinə aid digər xəbərlər
14 İyul
22:50
Ermənistanın müttəfiqləri Azərbaycana savaş açacaqmı – Əminlik var ki...
14 İyul
20:47
Azərbaycanda daha 543 nəfər koronavirusa yoluxub
14 İyul
19:16
Tovuz döyüşlərinin dünyadakı əks-sədası – DİQQƏT CƏBHƏYƏ
14 İyul
15:40
Moskva arzulamadığı dilemma qarşısında: Azərbaycan, yoxsa Ermənistan
14 İyul
14:37
“Hazırda ön xətdə şiddətli döyüşlər gedir” - Müdafiə Nazirliyi
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin