Bakının göbəyində “at oynadan” ermənilərlə bağlı DSX-dən qəribə cavab - VİDEO

Bakının göbəyində “at oynadan” ermənilərlə bağlı DSX-dən qəribə cavab -             VİDEO

Dövlət qurumu əməkdaşının kifayət qədər ciddiyyət daşıyan videoya qeyri-ciddi yanaşması təəssüf doğurur

 

Üç gündür ki, sosial şəbəkələrdə Bakının küçələrində  şəxsi avtomillərində gəzən və çəkiliş edən erməniləri  izləyirik.

 

Maraqlı burasındadır ki, axşam saatlarında paytaxt küçələrində rahatca gəzən və erməni dilində musiqi sədaları altında tur edən erməni kişilər üstəlik azərbaycanlıları təhqir edirlər.  

 

Videonu hiddətlə izləyənlər isə aidiyyəti qurumlardan ermənilərin ölkəyə girişi və həyasızlığı ilə bağlı cavab gözləyirlər. Axı həmin ermənilər Bakıya necə gəlib? Dolaşdıqları maşın kimə məxsusdur? Bu rahatlıqları ilə kimə güvənirlər?

 

AYNA məlum video ilə bağlı Dövlət Sərhəd Xidmətinin(DSX) mətbuat xidmətinin baş zabiti Rövşən Cahangirovla əlaqə saxlayıb.

DSX rəsmisi məlum videodan xəbərsiz olduğunu, yalnız videonu izlədikdən sonra şərh verəcəyini bildirib.

 

Videonu izlədikdən sonra isə R.Cahangirov sualımıza gülüşlə cavab verib və deyib: “Hanı burda erməni”.

 

“Erməni deyillərsə, bəs kimdilər, aydınlıq gətirin məlum videoya”, - sualımıza isə ümumiyyətlə cavab verməyib.

 

Dövlət qurumu əməkdaşının kifayət qədər ciddiyyət daşıyan videoya qeyri-ciddi yanaşması təəssüf doğurur.

Müəllif: Ayna.az      4 Noyabr 2019 12:36
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin