Trampdan bu ölkələrə ağır zərbə

Trampdan bu ölkələrə ağır zərbə
Yüzlərlə icmanı ağır yoxsulluq vəziyyətinə salacaq
 
ABŞ Prezidenti Donald Trampın Meksika ilə sərhəddə divar inşa edilməsi, Honduras və Salvadordan gələn miqrantlar üçün Qvatemalada düşərgə salınması və digər layihələri Latın Amerikası ölkələrində humanitar böhranın dərinləşməsinə səbəb ola bilər.
 
AYNA AZƏRTAC-a istinadla xəbər verir ki, Ağ evin avqustun 2-də qəbul etdiyi Mərkəzi Amerika ölkələrinə yüz milyonlarla dollar maliyyə yardımının “dondurulması” qərarı problemi daha da dərinləşdirib. Ekspertlər qeyd edirlər ki, bu yardımın kəsilməsi yüzlərlə icmanı ağır yoxsulluq vəziyyətinə salacaq. BMT-nin Ərzaq Proqramının məlumatına görə, Salvador, Honduras, Nikaraqua və Qvatemalada 1,4 milyon insan humanitar yardıma möhtacdır.
 
ABŞ-da fəaliyyət göstərən Norveç Qaçqınlar Şurasının rəhbəri Coel Çerni bildirib ki, Donald Trampın Mərkəzi və Cənubi Amerika ölkələrinə yardımları dayandırmaq qərarı çox təhlükəli addımdır. Onun sözlərinə görə, Vaşinqtonun siyasəti bumeranq effekti verə və qeyr-leqal miqrasiyanı daha da gücləndirə bilər. Çerni əlavə edib ki, sözügedən ölkələrdən ABŞ-a miqrant axının qarşını almaq üçün onların hökumətlərinə yoxsulluq və işsizlik problemlərinin həllində kömək etmək daha düzgün olardı.
Müəllif: Ayna.az      4 Avqust 2019 01:11
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin