“Nəticələrin kəskin şəkildə aşağı olacağını gözləyirik” - NAZİR

Xəbərlər

13.03.2023 - 16:05

cedabet dərman SEO Xidməti

Emin Əmrullayev: “Birdən-birə distant təhsilə keçmək böyük problemlər yarada bilər”

“Birdən-birə distant təhsilə keçmək böyük problemlər yarada bilər”. AYNA xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanunun ictimai dinləməsində deyib.

E.Əmrullayev distant təhsillə bağlı məsələdən danışarkən deyib ki, bu ilin may ayında distant təhsildə PİRLS-ın nəticələri öyrəniləcək: “Nəticələrin kəskin şəkildə aşağı olacağını gözləyirik. Bu bizə göstərəcək ki, təhsil distant olanda öyrənmə tempi nə qədər itir”.

“Hesab edirəm ki, birdən-birə distant təhsilə keçmək böyük problemlər yarada bilər. Bu gün əyani təhsil alan tələbələrin 90 faizindən çoxu universiteti bitirir. Lakin işə qəbulda görürük ki, pedaqoji diplom almış şəxs minimal bal toplayır".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş