Sazişi təsdiqləmək üçün təhlükəsizlik nazirləri kabineti çağırılacaq, ardınca isə hökumətin iclası keçiriləcək
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Fələstinin HƏMAS hərəkatı, ABŞ və Qətər tərəfindən girovların azad edilməsi və Qəzza zolağında atəşkəs haqqında sazişin imzalandığını təsdiqləyib. AYNA xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Buna əsasən, sazişi təsdiqləmək üçün təhlükəsizlik nazirləri kabineti çağırılacaq, ardınca isə hökumətin iclası keçiriləcək. Səsvermə bu gün - yanvarın 18-də keçiriləcək.
Qeyd olunub ki, səsvermənin təxirə salınması ilə əlaqədar sövdələşmə üzrə ilk üç girovun azad edilməsi yanvarın 20-nə təxirə salınacaq. Gecikməyə səbəb kimi danışıqların sonunda HƏMAS ilə yaranan fikir ayrılıqları göstərilib.
İsrailin “Walla” xəbər portalı Netanyahuya məlumat verib ki, danışıqlar qrupu yanvarın 16-da axşam Dohada Qəzza zolağında girovların azad edilməsi və atəşkəs haqqında saziş imzalayıb.