Neftin qiyməti bahalaşıb

İqtisadiyyat

04.05.2022 - 10:54

Azərbaycan neftinin bir bareli 110 dollardan baha satılır

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,19 dollar artaraq 106,16 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,30 dollar bahalaşaraq 103,71 dollar olub.

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,92 dollar azalaraq 110,70 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az