Neftçalada 30 yaşlı kişi intihar edib

Hadisə

02.03.2024 - 17:20

Əli Bağırov həyətdəki yarımtikilidə özünü asaraq intihar edib

Neftçala sakini intihar edib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Qoltuq yaşayış massivində qeydə alınıb.

Belə ki, həmin massivin sakini 1994-cü il təvəllüdlü Bağırov Əli Elmar oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az