Neft ucuzlaşıb

İqtisadiyyat

07.09.2023 - 11:42

Həkimlər Klinikalar SEO Xidməti

“Azeri Light”ın qiyməti 95 dollara düşüb

Dünya birjalarında neft ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,41 dollar azalaraq 90,19 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,45 dollar ucuzlaşaraq 87,09 dollar təşkil edib.

Azərbaycan nefti də ucuzlaşıb.  “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,67 dollar azalaraq 95,75 dollar olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş