Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,07 dollar azalaraq 84,35 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,12 dollar ucuzlaşaraq 79,98 dollar təşkil edib.
Azərbaycan neftinin qiyməti dəyişməyib. “Azeri Light” markalı neftin bir barelinin qiyməti dəyişməyərək 88,56 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.