Neft ucuzlaşıb

İqtisadiyyat

13.10.2022 - 11:51

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin bir bareli 97 dollara yaxınlaşır

Dünya birjalarında neft ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,11 dollar azalaraq 92,34 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,22 dollar ucuzlaşaraq 87,05 dollar olub.

Azərbaycan nefti də ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,89 dollar azalaraq 96,94 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş