Neft Daşlarında dalğanın hündürlüyü 2,6 metrə çatıb - FAKTİKİ HAVA

Cəmiyyət

08.01.2022 - 12:48

Həkimlər Klinikalar SEO Xidməti

Ölkə ərazisində müşahidə olunan hava şəraiti açıqlanıb

Neft Daşlarında dalğanın hündürlüyü 2,6 metrə çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, yanvarın 8-nə olan məlumatına əsasən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 20 m/s-dək güclənib, Altıağacda 23 m/s qeydə alınıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,6 metrdir.

Gün ərzində küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi, gecəyə doğru isə tədricən 18-20 m/s olacaq.

Küləkli hava şəraiti ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur.

Yanvarın 8-dən 9-na keçən gecə 8-13 m/s-dək mülayimləşəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş