Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 597 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 349, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 235, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 812, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 201 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 721 257, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 347 500, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 848 697, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 279 418, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 245 642 nəfər təşkil edir.