Rusiyanın BMT-dəki daimi nümayəndəsi ölkəsinin beynəlxalq öhdəliklərinə ciddi şəkildə əməl etdiyini deyib
“Rusiya beynəlxalq öhdəliklərinə ciddi əməl edir”. AYNA TASS-a istinadən bildirir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
“Rusiya tərəfi beynəlxalq öhdəliklərinə ciddi əməl edir və silahı yerə qoyan ukraynalıları heç nə təhdid etmir”, - deyə diplomat vurğulayıb.
Nebenziya çıxışı zamanı həmçinin Ukrayna Silahlı Qüvvələrinin Xarkov yaxınlığındakı döyüşlərdə BMT-nin “DP 210015” diplomatik nömrəli avtomobilindən istifadə etməsi ilə bağlı izahat tələb edib: “Biz Ukrayna millətçilərinin Xarkovdakı hərbi əməliyyatlar zamanı “DP210015” diplomatik nömrəli BMT avtomobili ilə bağlı son sorğumuza cavab gözləyirik”.