Müdafiə Nazirliyi vətəndaşları sosial şəbəkələrdə ordu haqqında məlumatların yayılmasına qoyulmuş qadağanı pozmamağa çağırıb
Müdafiə Nazirliyi vətəndaşları sosial şəbəkələrdə ordu haqqında məlumatların yayılmasına qoyulmuş qadağanı pozmamağa çağırıb.
AYNA.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Eyvazov Bakıda keçirilən "İctimai proseslər media müstəvisində" tədbirində deyib.
Onun sözlərinə görə, genişmiqyaslı maarifləndirmə işlərinə baxmayaraq, belə hallar baş verir.
"Təbii ki, belə halların qarşısını almaq üçün maarifləndirmə işləri vacibdir. Görüşlər keçiririk, söhbətlərimiz olur. Təbii ki, burada medianın da rolu danılmazdır", - deyə Eyvazov qeyd edib.