Nazirlik adından saxta məktub

Xəbərlər

04.04.2023 - 12:03

cedabet dərman SEO Xidməti

FHN: Sosial şəbəkələrdə yayılan məktub saxtadır

Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən Yanğından Mühafizə hissələrinə ünvanlanmış, təlim keçirilməsi ilə bağlı hazırlıqlara dair göstəriş xarakterli “məktub”un şəkli yayılıb.

AYNA-nın xəbərinə görə, nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, qeyd olunan “məktub” saxtadır və həqiqəti əks etdirmir.

“Bir daha sosial şəbəkə istifadəçilərini və kütləvi informasiya vasitələrini dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq”, - məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş